İrəvanda keçirilən kütləvi etiraz aksiyasının 41 iştirakçısı saxlanılıb - YENİLƏNİB

İrəvanda keçirilən kütləvi etiraz aksiyasının 41 iştirakçısı saxlanılıb - YENİLƏNİB
Siyasət 57

Polis İrəvanda müxtəlif şəhər yollarında nəqliyyatın hərəkətini dayandırmağa cəhd edən kütləvi etiraz aksiyalarının 41 iştirakçısını saxlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hazırda İrəvanda Xorenatsi küçəsi, Tiqran Mets və Azadlıq prospektləri bağlanıb. Aksiyaçıların Qay prospekti və Qələbə körpüsünü bağlamaq niyyətinin olduğu da bildirilir.

***12:27

İrəvanda və Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Ermənistanın paytaxtında hazırda Xorenatsi küçəsi, Tiqran Mets və Azatutyan prospektləri bağlanıb.

Etirazçılar Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesinin əleyhinədirlər.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Son xəbərlər