SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi Bakıda gecə klubunda baş verən hadisə ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev APA-ya bildirib ki, hadisə ilə bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir.

***09:06

Bakıda gecə klubunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayon ərazisində yerləşən "Palermo" gecə klubunda baş verib.

Əvvəllər məhkum edilmiş, 2000-ci il təvəllüdlü Cavanşir Əliyev klubda 1995-ci il təvəllüdlü Zümrüd Əsgərovanı bıçaqlayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Cavanşir Əliyev tutulub.

BAKU.WS