SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İzmir şəhərində meşə yanğınının söndürülməsində iştirak edən yanğınsöndürən helikopter ötən gecə Tahtalı su anbarından su götürərkən qəzaya uğrayıb.

Bu barədə "CNN Türk" məlumat yayıb. 

Hadisə zamanı bir ekipaj üzvü xilas edilib, daha üç nəfərin axtarışları davam etdirilir.

Xatırladaq ki, ötən gün İzmirin Menderes rayonunda meşə yanğını başlayıb, hadisənin səbəbi hələ müəyyən edilməyib. Yanğının söndürülməsi üçün rayona 9 təyyarə, 20 helikopter, 54 yanğınsöndürən maşın, 20 avtosistern, buldozer, həmçinin 500-ə yaxın yanğınsöndürən və digər mütəxəssis göndərilib.

BAKU.WS
VİDEO