SİZİN REKLAM BURADA!
055 213 76 73


Zonguldak Armutçuk Mədən Müəssisəsində çökmə baş verib. Dağıntılar altında qalan 1 işçi həyatını itirib, 6 yaralı isə xilas edilib.

BAKU.WS xəbər verir ki, bu barədə trt haber məlumat yayıb.

Türkiyənin Zonquldak şəhərinin Ereğli rayonunda mədəndə çökmə baş verib.

BAKU.WS-in trt haber-ə istinadən verdiyi məlumata görə, 4 nəfərin olduğu bir ərazidə çökmə olub.

Mədəndə 280 nəfər olub, 4 nəfər dağıntılar altında qalıb:

"Xəsarət almayan bir nəfər xilas edilib, bir nəfər ağır yaralanıb. 2 nəfərin səsi eşidilir. 75 nəfərlik qrup ilə xilasetmə işi başlayıb”.

Ardınca, Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyi isə çökmə nəticəsində bir mədənçinin dünyasını dəyişdiyini açıqlayıb.

BAKU.WS