SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Çanaqqala bölgəsində meşə yanğınları başlayıb. Alovlara havadan və qurudan müdaxilə edilir.

Məlumata görə, yanğın yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə 15:00 - red.) radələrində Aşbudak kəndi yaxınlığında baş verib. Küləyin təsiri ilə alov qısa zamanda geniş əraziyə yayılıb.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğına havadan və qurudan müdaxilə davam edir.
Mənbə:

Haber Global

BAKU.WS