SİZİN REKLAM BURADA!
055 213 76 73


Kanadanın Alberta əyalətində 78 fərqli nöqtədə meşə yanğınları ilə mübarizə aparılır.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yanğınlardan 19-u nəzarətdən çıxıb.

Məlumata görə, Little Red River Cree Nation bölgəsində yerləşən Fox Lake-də alovlara qurudan və havadan müdaxilə edirlər. Buna baxmayaraq, artıq 4400 hektar sahə külə çevrilib.

Yanğın zamanı 20-yə yaxın ev yararsız hala düşüb, 3700 nəfər evlərindən təxliyə edilib.

Drayton Vadisi bölgəsinin cənub-şərqində baş verən meşə yanğını indiyədək 1500 hektar ərazini yandırıb.

Ümumilikdə isə 7200 nəfər təxliyə edilib. Bildirilib ki, ştatda baş verən 78 aktiv yanğından 19-u nəzarətdən çıxıb.

Qeyd edək ki, ölkədə yanvarın 1-dən indiyədək 348 meşə yanğını baş verib, 25 min hektardan çox ərazi yanıb.

BAKU.WS
QALEREYA