SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropada meşə yanğınları səbəbindən minlərlə insan təxliyə edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hazırda Fransa, İspaniya, Portuqaliya, Yunanıstan, Macarıstan və Xorvatiya da daxil olmaqla bir sıra Avropa ölkələrində şiddətli meşə yanğınları yayılmaqda davam edir. Yanğınlar səbəbindən minlərlə insan təxliyə edilməli olub.

Təkcə 3 min yanğınsöndürən Fransanın cənub-qərbindəki Jironde departamentində evlərin xilas edilməsinə cəlb olunub.

Portuqaliyada 1000-dən çox yanğınsöndürən alovun yaşayış binalarına keçməsinə imkan verməməyə çalışır.

İspaniyada yanğınsöndürmə xidmətləri bir neçə meşə yanğını ocağına qarşı mübarizə aparır.

BAKU.WS