SİZİN REKLAM BURADA!
055 213 76 73


Taylanddakı quraqlıq və suya qənaət tədbirləri səbəbindən dünya düyü qıtlığı ilə üzləşə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə CNBC yazır.

Məqalədə deyilir ki, Taylandda az yağıntılar dövrü yaşanır.

İstehlak və suya qənaət etmək üçün Taylandın Milli Su Ehtiyatları İdarəsi ölkə fermerlərini daha az su istifadə edən və tez yığıla bilən məhsul yetişdirməyə keçməyə çağırıb.

Yetişdirilən hər kiloqram qəhvəyi düyü üçün orta hesabla 2500 litr su lazımdır.

Məsələn, darı kimi alternativ bitkilər eyni miqdarda məhsul üçün 650-1200 litr su tələb edir.

Tailand hakimiyyətinin suya qənaət etmək niyyəti səbəbindən dünya bazarına düyü tədarükü azala bilər.

BAKU.WS