SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən çirkli havası olan şəhərlərin adları açıqlanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yer kürəsində 101 ölkənin ekoloji baxımdan hava tərkibini araşdıran "IQ Air Foundation" 10 ən çirkli havası olan şəhərləri müəyyən edib.

"Asian News International"ın yaydığı məlumata əsasən, Nepalın paytaxtı Katmandu dünyanın ən çox çirkli havası olan şəhərləri sırasında ilk yerdədir.

Son illərdə artan natəmiz hava səbəbi ilə insanlarda ağciyər xərçəngi xəstəlikləri və ürək-damar problemləri kəskin şəkildə artıb. 

Nepalın liderlik etdiyi siyahıda Çinin 3 şəhəri, Taylandın isə 2 şəhəri yer alıb. 

BAKU.WS sözügedən şəhərlərdən görüntülər təqdim edir:

1. Nepalın Katmandu şəhəri

2. Hindistanın Yeni Delhi şəhəri

3. Taylandın Çianqmay şəhəri

4. Çinin Çendu şəhəri

5. Taylandın Bangkok şəhəri

6. Vietnamın Hanoy şəhəri

7. Bangladeşin Dəkkə şəhəri

 8. Çinin Uhan şəhəri

 9. Pakistanın Lahor şəhəri

 10. Çinin Quançjou şəhəri

BAKU.WS