SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur aktyoru Yılmaz Qruda 93 yaşında vəfat edib.

BAKU.WS xəbər verir ki, sənətçinin ölüm xəbərini meneceri Tümay Özokur açıqlayıb.

Aktyor böyrək çatışmazlığı səbəbindən martın 13-də İstanbulda xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Ahmet Yılmaz Qruda 14 iyul 1930-cu ildə İstanbulda anadan olub.

O, 1957-ci ildə balerina Tolqa Tigin ilə ailə qurub, 1963-cü ildə boşanıblar.

1965-ci ildə "Yeşilçam"ın məşhur aktrisalarından Ayşen Erman Qruda ilə evlənən aktyor 1976-cı ildə bu evliliyi sonlandırıb. Cütlüyün Elvan adlı bir qızı var.

Sənətçi 1985-ci ildə teatr aktyoru Türkan Qruda ilə evlənib. Lakin Türkan 2014-cü ildə vəfat edib.

O, "Bez Bebek", "Yabancı Damat", "İşler Güçler", "Kavak Yelleri" kimi serillarda rol alıb.

BAKU.WS
QALEREYA