SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli məşhur aktyor Yılmaz Qruda xəstəxanaya yerləşdirilib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə onun meneceri məlumat verib.

Bildirilib ki, 92 yaşlı aktyor bir müddətdir səhhətində yaranan problemlərlə bağlı müalicə alır.

Qeyd edək ki, son olaraq "Netflix"də yayımlanan "Şahmaran" serialı ilə tamaşaçıların qarşısına çıxıb.

Aktyor "Menajerimi Ara", "Bez Bebek" kimi məşhur seriallarda rol alıb.

BAKU.WS