SİZİN REKLAM BURADA!
055 213 76 73


“Yaprak dökümü” serialı ilə ulduzu parıldayan aktrisa Deniz Çakırın toy tarixi bəlli olub. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, artıq bir ildən çoxdur sevgili olduğu IT mütəxəssisi Bilgehan Baykalla ailə quracaq. 

Cütlüyün xoş günü sentyabrın 10-da Kəmərburqazda baş tutacaq. Oların özəl günündə ailə üzvləri, yaxınları, dostları və bir sıra tanınmışlar iştirak edəcəklər. 

Xatırladaq ki, “Yaprak dökümü”ndə "Ferhunde" obrazını canlandıran Deniz “Eşkiya dünyaya hökmdar olmaz”, “İffet”, “Muhteşem Yüzyıl”, “Yasak”, “Vurgun”, “Masumiyet” kimi reytinqli layihələrdə də çəkilib. 

BAKU.WS
QALEREYA