SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Fox TV-də yayımlanan məşhur “Yasak elma” serialından ayrılır.

BAKU.WS “cnnturk”ə istinadən xəbər verir ki, serialda “Şahika” obrazını canlandıran aktrisa silahlı hücum nəticəsində öldürüləcəyini bildirib.

“Əfsanələr ölməz. Tamaşaçılar mənim məşhur sözlərimi eşitmədən necə yaşayacaq, bilmirəm?!” - deyə Nəsrin Cavadzadə bildirib.

Aktrisa bundan sonra hələlik hansı layihədə iştirak edəcəyini dəqiqləşdirmədiyini bildirib. O, yeni təkliflərə açıq olduğunu vurğulayıb.

BAKU.WS