SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada yeni qanun qəbul edilib.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya parlamentinin aşağı palatasının saytında bildirilib.

Dövlət Duması ikinci oxunuşda cinsin dəyişdirilməsini qadağan edən qanun layihəsini qəbul edib.

Belə ki, sənəddə uşaqlarda cinsi formalaşmanın anadangəlmə fizioloji anomaliyalarının müalicəsi halları istisna olmaqla, cinsin dəyişdirilməsi əməliyyatı həyata keçirməsinə qadağa qoyulur.

Həmçinin bildirilib ki, qanun layihəsi ikinci oxunuşda cinsini dəyişmiş şəxslərin övladlığa götürən və qəyyum ola bilməməsi ilə bağlı dəyişikliklərlə qəbul edilib.

Bundan başqa, ər-arvaddan biri cinsiyyətini dəyişərsə, iki nəfər arasında nikah pozulur.

Qanun layihəsinin üçüncü oxunuşu iyulun 14-nə təyin edilib.

BAKU.WS