SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Maqadan vilayətinin səlahiyyətliləri quş qripinin yüksək patogenli A növünə yoluxmuş su quşlarının cəsədlərinin aşkarlanmasından sonra karantin elan edib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə vilayətin Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat yayılıb.

Bildirilib ki, ölü vəhşi quşlar Olski bələdiyyə rayonu ərazisində, Oxot dənizinin sahilində, Tauysk qəsəbəsi yaxınlığında tapılıb.

Bundan əlavə, nazirlik region sakinlərinə quş ölüsü tapacaqları halda onlara müdaxilə etməməyi tövsiyə edib.

Eyni zamanda region sakinlərinin ev quşlarında xəstəliyin ilk əlamətləri və ya qeyri-normal davranışlar aşkar edildikdə dərhal nazirliyə müraciət etmələri tövsiyə olunub.

BAKU.WS