SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir. 

Bildirilib ki, Antoni Blinken onu yeni vəzifəyə təyin edilməsi ilə əlaqədar təbrik edib.

Məlumata görə, tərəflər İsveçin NATO-ya üzvlüyü, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasında normallaşma prosesləri, F-16-ların alınması, modernləşdirilməsi və Ukraynanın taxıl sazişinə dair məsələləri müzakirə ediblər.

Eyni zamanda H.Fidan və A.Blinken iki ölkə arasındakı ortaq gündəlik məsələləri müzakirə etmək üçün ən qısa zamanda yenidən görüşmək istəklərini vurğulayıblar.

BAKU.WS