VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidmətindən bildirilib.

Rusiya və Türkiyə liderləri Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Bununla yanaşı, tərəflər çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər və müxtəlif sahələrdə birgə layihələrin ardıcıl həyata keçirilməsinə sadiq olduqlarını qeyd ediblər.

Həmçinin qeyd edilir ki, söhbət zamanı bir sıra beynəlxalq mövzulara, o cümlədən çoxtərəfli təşkilatlarda gələcək koordinasiyaya toxunulub.

Dövlət başçıları şəxsi dialoqu mütəmadi olaraq davam etdirmək barədə razılığa gəliblər.

Rusiya prezidenti türkiyəli həmkarını vəzifəsinin icrasına rəsmən başlaması münasibətilə bir daha təbrik edib.

Mənbə: Kremlin.ru

BAKU.WS