Türkiyədə ATIŞMA: 7 polis yaralandı - FOTO

Türkiyədə ATIŞMA: 7 polis yaralandı - FOTO
Foto
Siyasət 106

Türkiyənin Konya vilayətində atışma olub.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Ereğli bölgəsində bir iş yerində baş verib.

İki qrup arasında yaranan mübahisə silahlı atışmaya çevrilib.

Hadisə yerinə polis və tibb işçiləri cəlb edilib.

İnsident zamanı 7-si polis olmaqla 11 nəfər yaralanıb.

Yaralılar ilkin müdaxilələrdən sonra Ereğli Dövlət Xəstəxanasına aparılıblar.

Hadisədə iştirak edən 6 nəfər saxlanılıb.

Son xəbərlər