SİZİN REKLAM BURADA!
055 213 76 73


İlon Mask fransız biznesmen Bernard Arnonu geridə qoyaraq, dünyanın ən varlı adamı statusunu yenidən qazanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg Billionaires Index" məlumat yayıb. 

Məlumata görə, ötən gün “Tesla”nın səhmləri 1.38% artıb. Beləliklə Mask 1.98 milyard dollar varlanaraq LVMH (Moet Hennessy - Louis Vuitton) şirkətinin rəhbəri Bernard Arnonu ötüb.

Xatırladaq ki, Mask və 74 yaşlı fransız bu il dünyanın ən zəngin 500 adamını sıralayan "Bloomberg Billionaires Index" zirvəsində yer almaq üçün şiddətlə mübarizə aparırdı.

BAKU.WS