Ukrayna Silahlı Qüvvələri Donetskdə Rusiyanın mövqelərini şiddətli atəşə tutur

Ukrayna ordusu Donetsk vilayətində Baxmut cəbhəsi istiqamətində yerləşdirilmiş artilleriya batareyaları ilə Rusiya mövqelərini şiddətli atəşə tutur.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində ən şiddətli toqquşmaların baş verdiyi bölgədə Ukrayna ordusunun gərgin fəaliyyəti davam edir.
Məlumata görə, hər iki ordunun döyüş təyyarələri, helikopterlər, tanklar, çoxlüləli raket sistemləri kimi ağır silahlardan istifadə etdiyi Donetsk bölgəsində partlayış səsləri kəsilmir.
Ukrayna Silahlı Qüvvələrindən icazə alan Anadolu Agentliyi (AA) qrupu ordunun 57-ci briqada zabitlərinin müşayiəti ilə Baxmut cəbhəsi istiqamətində müxtəlif nöqtələrə çatıb və burada artilleriya batareyalarının fəaliyyətini izləyib.
Oxşar xəbərlər
Baxmutdan necə sağ çıxdım? - FOTO/VİDEO
Mübariz Aslanov yazır... İlk dəfə idi ki, bu qədər gözləyirdim. Bundan əvvəl, son bir ildə - Ukraynada müharibə başlayandan bəri Donetsk vilayətinə 4 və ya 5 də...
