Türkiyəli nazirlər AK Partinin İstanbul təşkilatının binasına gəliblər - FOTO

Türkiyəli nazirlər prezident seçkilərinin ikinci turunu izləmək üçün Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul təşkilatının binasına gəliblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, təşkilatın mərkəzində Türkiyədəki seçkilərin ikinci turunu izləmək üçün 200-dən çox əcnəbi jurnalist fəaliyyət göstərir.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş ölkədə keçirilən prezident seçkilərinin ikinci turunu izləmək üçün AK Parti İstanbul təşkilatının binasına gəliblər.
Qeyd edək ki, hazırda Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul təşkilatının binasında izdiham yaşanır.
Qalereya
Oxşar xəbərlər
AK Parti Sinan Oğanla əməkdaşlıq məsələsinə münasibət bildirib: “O, daha yarışda yoxdur”
“Cümhur İttifaqı”nın tarixində indiyədək alver olmayıb”. BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti...
