İnsanları qorxudan yeni epidemiya - Gözlərin içində əriyir və öldürücüdür - FOTO

İnsanları qorxudan yeni epidemiya - Gözlərin içində əriyir və öldürücüdür - FOTO
Siyasət 181

ABŞ-də baş verən epidemiya dünyanı təşvişə salıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ortaya çıxan bir bakteriya növü indiyə qədər onlarla insanın ölümünə səbəb olub.

Gözlərdə məskunlaşan "Pseudomonas aeruginosa" adlı bakteriyaların mənbəyi milyonlarla insanda panika yaradıb.

Kaliforniya, Kolorado, Konnektikut, Delaver, Florida, İllinoys, Şimali Karolina, Nyu-Cersi, Nyu Meksiko, Nevada, Nyu-York, Ohayo, Pensilvaniya, Cənubi Dakota, Texas, Yuta, Vaşinqton və Viskonsin ştatlarında ümumilikdə 81 nəfərdə xəstəlik aşkarlanıb.

Bu ilin əvvəlində meydana çıxmağa başlayan "Pseudomonas aeruginosa" antibiotik müalicəsinə müqavimət göstərərək ağır infeksiyaya səbəb olur. Göz bəbəklərində əriyən bakteriyalar həkimləri çarəsiz qoyur. Hazırda ABŞ Nəzarət və Profilaktika Mərkəzləri (CDC) ölənlərin sayının 4-ə çatdığını açıqlayıb.

Açıqlamaya görə, 4 nəfər yaşadıqları ağır infeksiyaya görə göz bəbəyini çıxartdırmalı olub.

Son xəbərlər