SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni Zelandiyanın Sakit okeanda yerləşən Kermadec arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerltı təkanların episentri 110 min nəfər əhalisi olan Vanqarey şəhərindən 963 km şimal-şərqdə, 33,6 km dərinlikdə yerləşir.

Hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.

ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

BAKU.WS