SİZİN REKLAM BURADA!
055 213 76 73


Tacikistan ərazisində günün ikinci yarısında yenidən zəlzələ qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komitəsinin (FHN) mətbuat mərkəzinin rəhbəri Umeda Yusufi bildirib.

"Ölkənin Elmlər Akademiyasının Geologiya və Seysmologiya İnstitutundan verilən məlumata görə, fevralın 23-də yerli vaxtla saat 13:01-də ölkə ərazisində yenidən zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Düşənbə şəhərindən 380 km cənub-şərqdə yerləşib.

Yeraltı təkanların gücü episentrdə 5 bal, Xoroq şəhərində isə 4 bal olub. Tələfat və dağıntı qeydə alınmayıb", - deyə o, əlavə edib.

***07:54

Tacikistanda səhər saatlarında güclü zəlzələ baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanjsk rayonu olub.

Tacikistanın Fövqəladə Hallar Nazirliyinin rəsmisi Umeda Yusufi bildirib ki, səhər 05:37-də 12 ballıq şkala üzrə zəlzələnin təkanları 3-4 bal gücündə hiss edilib.

O, əlavə edib ki, tələfat və dağıntılarla bağlı müraciət daxil olmayıb.

Bu arada Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi açıqlayıb ki, Tacikistanda səhər saatlarında 6,8 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Çin və Pakistanda hiss olunub.

Çinin Seysmoloji Mərkəzi məlumat yayıb ki, ölkənin şimal-qərbindəki Sincan-Uyğur muxtar bölgəsi ilə Tacikistan sərhədində 7,3 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkan yerli vaxtla 08:37-də (Bakı vaxtı ilə 04:37) qeydə alınıb. Dağıntı və qurbanlar barədə məlumat daxil olmayıb.

Əli İsmayıl
BAKU.WS
VİDEO