Yupiterdə həyat axtarışları başlayır
Avropa Kosmik Agentliyi (ESA) ən böyük planet olan Yupiterdə həyat axtarışına başlayır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ESA-nın kosmik gəmisi Yupiterin üç peykində həyatın olub-olmadığını aşkar etmək üçün aprelin 13-də kosmosa göndəriləcək.
Bildirilir ki, 1,4 milyard funt sterlinq qiyməti olan kosmik gəmi ilk dəfə 400 il əvvəl italyan astronom Qalileo Qaliley tərəfindən müşahidə edilən Yupiterin “Qanymede”, “Europa” və “Callisto” peyklərinin donmuş okeanlarını tədqiq edəcək.
Məlumata görə, kosmik gəminin Yupiter səyahəti 8 il çəkəcək. Onun yerə çatma tarixi 2031-ci ilə təsadüf edəcək. Araşdırmaçılar peyklərdə su tapacaqlarına ümid edirlər.
Oxşar xəbərlər
Dünyanın ən zəngin ailələrinin adları açıqlandı - SİYAHI
Dünyanın ən böyük topdan və pərakəndə satış şəbəkəsi “Walmart”ın sahibi olan Uolton ailəsi dördüncü ildir ki, “Bloomberg”in dünyanın ən zəngin ailələri siyahısı...