SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina pensiyaların yalnız rəqəmsal rublla ödəniləcəyi ilə bağlı məlumatı yalan adlandırıb.

BAKU.WS “publika”ya istinadən xəbər verir ki, Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina Dövlət Dumasında çıxışı zamanı qeyd edib ki, son vaxtlar rəqəmsal rublun nağd pulu əvəz edəcəyi və pensiyaların yalnız rəqəmsal rublla ödəniləcəyi barədə çoxlu şayiələr yayılıb.

"Bu, tamamilə doğru deyil", - Rusiya Bankının rəhbəri əminliklə deyib.

Nabiullina izah edib ki, rəqəmsal rubl heç nəyi ləğv etmir və ya əvəz etmir. Onun sözlərinə görə, rəqəmsal rubl əlavə, başqa bir ödəniş üsuludur.

Bank rəhbəri onu da bildirib ki, həm nağdsız, həm də nağd pul dövriyyəsi inkişaf edəcək.

BAKU.WS