SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra valyuta bazarında rus rublu kəskin ucuzlaşıb.

BAKU.WS xəbər verir ki, müharibənin ilk günlərində rublun ucuzlaşması sürətlənmişdi. Lakin sonradan rus valyutası nisbətən dayanıqlılığını bir qədər saxlayıb.

Rusiya Mərkəzi Bankının bu günə olan məzənnəsində rus valyutasının dollara olan nisbəti 91,74, Avroya nisbəti isə 102,91 rubldur. Rəsmi məzənnəyə görə, 1 AZN 53,99 rubl kimi göstərilir.

Hazırda isə valyuta bazarında 1 dollar 110.17 rubl, 1 Avro 122.49 rubl, 1 AZN isə 64.87 rubl kimi qiymətlənir.

Müharibə dövründə Rusiya rublunun valyuta bazarındakı dinamikasının cədvəlini təqdim edirik.

BAKU.WS