SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında "Bayern" ilə cavab oyununda meydana çıxacaq qapıçının adını açıqlayıb.

BAKU.WS bu barədə xarici mediaya istinadən xəbər verir.

"Kurtua Çempionlar Liqasının finalında oynaya bilərmi? İndi bütün diqqətimizi çərşənbə günü keçiriləcək oyuna yönəltmişik. Bu bizim üçün finaldır. Lunin isə çərşənbə günü oynayacaq", - italiyali mütəxəssis bildirib.

Xatırladaq ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin "Real Madrid" – "Bayern"  cavab oyunu mayın 8-i çərşənbə günü Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Komandalar arasında ilk oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb. Həmin görüşdə madridlilərin qapısını ukraynalı Andrey Lunin qoruyub.

BAKU.WS