SİZİN REKLAM BURADA!
055 213 76 73


Kanada Rusiyaya qarşı sanksiya siyahısına daha 14 şəxsi daxil edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin saytında Ukraynadakı vəziyyətlə əlaqədar dərc edilmiş sənəddə deyilir.

Siyahıda Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina, iş adamları Mixail Fridman və Petr Aven də var.

Qeyd edilir ki, sanksiya siyahılarına daxil olmaq Kanadadakı mümkün aktivlərin dondurulması və ölkəyə girişin qadağan edilməsi deməkdir.

BAKU.WS