SİZİN REKLAM BURADA!
055 213 76 73


Braziliyanın Viskonde do Rio Branko Bələdiyyəsinə tabe olan Cemiterio Bələdiyyə qəbiristanlığında diri-diri basdırılmış qadın xilas edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "The Mirror" yazıb.

Dəfn edilən 36 yaşlı qadını kömək çığırtılarını eşidən qəbirqazanlar tapıb.

Onlar dərhal polisə məlumat veriblər.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları zərərçəkmişi dindirib, bundan sonra baş nahiyyəsindən xəsarət alan qadın müalicə üçün yerli xəstəxanaya göndərilib.

Zərərçəkənin dediyinə görə, maskalı iki naməlum şəxs onu qəbiristanlığa aparıb, daha sonra döyüb və qəbirə qoyublar.

Onlar çıxışı kərpic və sementlə bağlayıblar.

Hərbi polis qadının narkotik maddələrin yayılması ilə məşğul olduğunu, satılması nəzərdə tutulan "malları" itirdiyi üçün cinayətkarların qurbanına çevrildiyini irəli sürüb.

Hadisəni törədənlərin şəxsiyyətinin müəyyən olunduğu qeyd olunub. Araşdırma davam etdirilir.

BAKU.WS