Braziliyada iğtişaşlar: Fövqəladə vəziyyət elan edildi - FOTO

Braziliya prezidenti Lula da Silva keçmiş dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşlarla əlaqədar ölkə paytaxtında 1 aylıq fövqəladə vəziyyət elan edib.
BAKU.WS xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.
Prezident vurğulayıb ki, fövqəladə vəziyyət yanvarın sonuna kimi qüvvədə olacaq.
Qeyd edək ki, Braziliyada yanvarın 8-də ölkənin eks-prezidenti Jair Bolsonaronun tərəfdarlarının kütləvi etirazları başlayıb. Etirazçılar ölkənin hazırkı hökumətinin istefası tələbi ilə küçələrə axışıblar. Onlar polislə toqquşub və paytaxtda hökumət binalarına soxulublar. Hüquq-mühafizə orqanları iğtişaşlar zamanı gözyaşardıcı qazdan istifadə edib. Həmçinin Braziliyanın paytaxtında iğtişaşlarda iştirak etdiklərinə görə 400-dən çox adam saxlanılıb.
Qalereya
Oxşar xəbərlər
Pelenin ölümü ilə bağlı Braziliyada matəm elan edildi
Braziliya prezidenti Jair Bolsonaro Pelenin ölümü ilə əlaqədar üç günlük matəm elan edib. BAKU.WS xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında dərc...
