SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud aktyoru Kianu Rivz yeni açıqlaması ilə gündəmə gəlib. 

BAKU.WS xəbər verir ki, 58 yaşlı Kianu döyüş səhnələrindən birində tərəf müqabili olan aktyoru vuraraq onun başını yardığını etiraf edib.

Hadisə "John Wick:Chapter 4" filminin çəkiliş meydanında baş verib. 

Aktyor dublyorunun da xəstəxanalıq olduğunu deyib. O, həmin şəxsin bir aksiyon səhnəsində avtomobillə qəza keçirdiyini lakin müalicələrdən sonra səhhətinin yaxşılaşdığını deyib:

"Çəkiliş vaxtı çox yoruluruq. Amma bu yorğunluq gözəldir. Sanki bir dağa çıxırsınız və artıq istirahət edirsiniz. Ya da özünüzü hər hansı bir oyunu qazanmış kimi hiss edirsiniz".

Kanadalı aktyor çəkiliş meydanında hər zaman təhlükəsizliyə nəzarət olunduğunu və heyətin daim bir-birini qorumağa çalışdığını da deyib. 

Kianu sonuncu dəfə "John Wick:Chapter 4" filmi üçün ABŞ-də təşkil edilən SXSW Film Festivalında ona edilən evlilik təklifi ilə gündəmə gəlmişdi.

BAKU.WS