Hollivud ulduzu qadına təcavüzə görə həbs olundu

Hollivud ulduzu qadına təcavüzə görə həbs olundu
Siyasət 205

"Krid" və sonuncu "Qarışqa adam" filmlərinin ulduzu Conatan Meycers Nyu Yorkda həbs olunub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, 30 yaşlı naməlum qadını boğmaqda, ona hücum və təcavüz etməkdə ittiham olunur.

Məlumata görə, xanım məişət münaqişəsi zamanı baş və boyun nahiyəsindən yüngül xəsarətlər alıb, xəstəxanaya yerləşdirilib.

Meycers hüquq-mühafizə orqanlarına müqavimət göstərməyib.

Son xəbərlər