SİZİN REKLAM BURADA!
055 213 76 73


Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.

BAKU.WS report-a istinadən xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Martın 21-də S.Cinpin və V.Putin arasında görüş olacaq. Liderlər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.

Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.

Çin liderinin səfəri martın 22-də başa çatacaq.

BAKU.WS