SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə daha bir polis zəlzələ bölgəsindən qzıl və digər dəyərli əşyalar oğurladığı üçün həbs edilib.

BAKU.WS xəbər verir ki, İstanbul Polis şöbəsinin işçisi H.G. vəzifəsini yerinə yetirmək üçün Hataya göndərilib. O, iş vaxtı bitdikdən sonra böyük çanta götürərək İstanbul Polis şöbəsindəki tanışı S.Ö. ilə birlikdə zəlzələ bölgəsinə yollanıb. Polis öz tanışı ilə dağıntılar altından zinət və bahalı əşyalar taparaq onları oğurlayıb. 

Onlar həmin ərazidən qayıdarkən yol polisləri tərəfindən şübhəli qismində saxlanılıblar. Avtomobilə baxış keçirilərkən xeyli çəkidə zinət əşyaları, pul  və elektronik cihazlar aşkar edilib. S.Ö. oğurlanan əşyalardan xəbəri olmadığı deyib, H.G. isə etdiyi oğurluğa görə həbs edilib. 

Xatırladaq ki, bir müddət əvvəl Qaziantep bölgəsində çalışan başqa bir polis rəisi zəlzələdən zərərçəkənlərə göndərilən yardımı mənimsədiyi üçün həbs edilib. 

BAKU.WS