SİZİN REKLAM BURADA!
055 213 76 73


"Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ zamanı 2 Azərbaycan vətəndaşı həlak olub, 1-i dağıntılar altında qalıb".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kahramanmaraşda dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbənin vəziyyəti hazırda yaxşıdır:

"Kahramanmaraş Sütçü İmam Universitetində 60-a yaxın azərbaycanlı tələbə vardı. Zəlzələ baş verən zamanı universitetin tələbəsi Göyçə Baxşəliyeva dağıntılar altında qalmışdı. Təbii fəlakətdən 30 saat sonra o, dağıntılar altından sağ çıxarıldı. Hazırda vəziyyəti yaxşıdır, müalicə olunur. Müalicəsi yekunlaşandan sonra Azərbaycana təxliyə ediləcək. Azərbaycanın Türkiyədəki Səfirliyi ilə birlikdə buradakı digər tələbələrimizi avtobus vasitəsilə Azərbaycana təxliyə etdik. Təxminən 50-dən çox tələbəni zəlzələdən sonra Azərbaycana yola saldıq".

"Kahramanmaraşda hadisə zamanı 2 Azərbaycan vətəndaşı ölüb. Biri şəhərin Elbistan rayonuna, digəri digəri isə şəhər mərkəzində dağıntılar altında qalaraq vəfat etdi. Onlar dağıntılar altından çıxarıldı və meyitləri səfirliyimizin əməkdaşları ilə birlikdə Azərbaycana göndərildi. Hazırda isə Kahramanmaraşda dağıntılar altında bir Azərbaycan vətəndaşı qalıb. Qadının qızı buradadır. Həmin xanımla dünən danışmışam və anasının hələ də dağıntılar altında qaldığını bilidirir. Hər gün Azərbaycan səfirliyi vətəndaşımızla əlaqə saxlayır. Həmin qadın oradan çıxarıldıqdan sonra Azərbaycana təxliyə ediləcək", - H.Əmirli vurğulayıb.

BAKU.WS