SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlər üçün daha bir müvəqqəti çadır şəhərciyi qurur.

BAKU.WS report-a istinadən xəbər verir ki, xilasedicilərimiz Azərbaycandan göndərilən çadırları Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində qurmağa başlayıb.

Hazırda ərazidə 300 ədəd çadır qurulur və çadırlar tez bir zamanda zəlzələdən zərərçəkmiş şəxslərə təhvil veriləcək.

Xatırladaq ki, Azərbaycanın FHN əməkdaşları Türkiyənin Kahramanmaraş şəhərinin Doğukənd məhəlləsində zəlzələdən zərərçəkənlər üçün müvəqqəti çadırlar qurub. Yüz otuzdan çox çadırdan ibarət olan şəhərciyə artıq zərərçəkmişlər köçürülməyə başlayıb.

Qeyd edək ki, Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycan FHN-in 420 əməkdaşı fevralın 7-də axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib. Hazırda isə Kahramanmaraşda FHN-in 760 nəfər şəxsi heyəti fəaliyyət göstərir.

Azərbaycanın xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hazırda axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

BAKU.WS
QALEREYA