SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə zəlzələdən zərər çəkənləri daşıyan avtobus qəzaya uğrayıb.

Hadisə D-400 magistralında, Müminli məhəlləsi yaxınlığında baş verib.

Avtobus Hatayın İskenderun və Antakya rayonlarında universitetə hazırlaşan zəlzələdən zərər çəkmiş abituriyentləri Konya Universitetinin yataqxanasına aparıb.

Nəqliyyat vasitəsinin kömürlə dolu yük maşınına çırpıldığı bildirilib.

Aralarında 2-si sürücü və 2-si müəllim olmaqla 48 nəfərin olduğu avtobus qəzasında bir müəllim və bir şagird həyatını itirib. Yaralanan 6 nəfər isə Adanada xəstəxanalara aparılıb. Müalicə olunan yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

BAKU.WS
VİDEO