VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə baş verən güclü zəlzələdən 7 gün keçir.

BAKU.WS-in məlumatına görə, Baku TV-nin Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, insanlar hələ də öz doğmalarının dağıntılar altından sağ çıxacaqlarını ümidlə gözləyirlər.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda Türkiyə vaxtı ilə saat 04:17-də 7,7 bal, ardınca Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4 bal, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib.

Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada hiss edilib.

Dağıdıcı təsir göstərən dəhşətli zəlzələdə həlak olanların sayı 29 605 nəfərə çatıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

BAKU.WS
VİDEO