VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəni yasa boğan zəlzələdə insan tələfatı artır. Baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342, yaralılaın sayı isə 74 242 nəfərə çatıb.

BAKU.WS xəbər verir ki, "CNN Türk" təbii fəlakət zamanı həlak olan idmançıların siyahısını təqdim edib.

1. Malatya Böyükşəhər Bələdiyyəsində çıxış edən voleybolçular Mehmet Can Ağırbaş, Emincan Kocabaş və Murat Çiloğulları

2. Turqutlu Bələdiyyəsinin E-sport (Elektron idman, təşkil edilmiş video oyun yarışlarına verilən ad) oyunçusu Gizem Harmankaya

3. "Kahramanmaraş İstiklalspor"da çıxış edən 23 yaşlı futbolçu Saruhan Bolat, Hakan Doğan və Taner Kahriman 

4. "İskenderunspor"un məşqçisi Halil İbrahim Ölmez dağıntılar altından çıxarıldıqdan sonra reanimasiyada dünyasını dəyişib.

5. "Merinos" voleybol klubunun 27 yaşlı spikeri Betül Çoban Çakır və həyat yoldaşı, voleybolçu Bedrettin Çakır

6. "Yeni Malatyaspor"un 28 yaşlı qapıçısı Ahmet Eyüp Türkaslan

7. Şanlıurfa təmsilçisi "Gənclikspor"un məşqçisi Mustafa Abak və həyat yoldaşı Hacer Abak

8. "Adana Tennis Dağ və Su İdman Klubu"nun idmançıları Yağız Uçurum və Yağmur Uçurum, ataları Uğur və anası Gökçe Uçurum

9. "İskenderunspor"un U-18 futbolçusu Burak Duraltı

10. Türkiyə Atçılıq Federasiyasının idmançısı Semanur Baysal

11. Kahramanmaraş Güləş komandasının idmançıları Eray Şimşək, Mehmet Emin Eskisarılı, Ali Gürsoy, Ahmet Taş və Aslan Ekiz

12. "Hatayspor" klubunun qızlardan ibarət komandasının 15 yaşlı futbolçusu Verda Demetgül

BAKU.WS