SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) üzvləri, müxtəlif ali təhsil müəssisələrinin tələbələri, diaspor təşkilatlarının nümayəndələri Türkiyənin Moskvadakı səfirliyi önünə gül dəstələri və oyuncaqlar düzərək, bu qardaş ölkədə baş vermiş zəlzələ zamanı həlak olanların xatirəsini ehtiramla yad ediblər.

Bu barədə “report”un Rusiya bürosu xəbər verir.

RAGB sədri Ceyhun Hüseynov “Report”a müsahibəsində bildirib ki, Türkiyə ilə Azərbaycan “bir millət, iki dövlətdir”: “Azərbaycanlılar iki gündür ki, səfirliyi ziyarət edir, onun qarşısına gül dəstələri qoyurlar. Belə məqamlarda biz iki qardaş xalq yenidən birləşirik. Təşkilata humanitar yardım təklif edən iş adamlarından da zənglər gəlir”.

Qeyd edək ki, Moskvada yaşayan azərbaycanlılar Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkənlərə vəsaitin və humanitar yardımın yığıldığını bəyan ediblər.

BAKU.WS
QALEREYA