SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) baş qərargahına gedib, zəlzələ bölgəsinə nəzarəti öz üzərinə götürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında bildirilib.

Məlumata görə, o, Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,4 bal gücündə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı işləri koordinasiya etmək üçün AFAD-a rəhbərlik edəcək.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.

BAKU.WS