VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hansı jurnalistlərə yazı yazdırdığınızı bilirəm. Bunu sizə açıq şəkildə deyirəm ki, çirkli əllərinizi Türkiyədən çəkin. Mən sizin nə etdiyinizi, hansı addımları atdığınızı və Türkiyəni necə qarışdırmaq istədiyinizi bilirəm".

BAKU.WS "Habertürk"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ABŞ-nin Ankaradakı səfiri barəsində deyib:

"Türkiyənin bir bəxtsizliyi də var. Ölkəyə gələn hər ABŞ səfiri "Türkiyədə necə çevriliş edə bilərəm?" kimi fikirə düşür. Hər səfirin dərdi budur ki, Türkiyəyə necə zərər vursun və atalarına fayda versin. Bu, Türkiyənin illərdir yaşadığı ən mühüm müsibətlərdən biridir və həmişə belə olub.

Digər səfirləri də başına yığır, onlara ağıl verməyə çalışır. Avropada da belə edirlər. ABŞ səfirliyi ilə Avropanı idarə edirlər. Avropalılar bu sözdən əsəbləşmir, narahat olmayın. Onlar faktların nə olduğunu bilirlər.

Türkiyə ilə bağlı planlarının reallaşacağını gözləyirdilər. Lakin Rəcəb Tayyib Ərdoğan onların planlarını alt-üst etdi".

BAKU.WS
VİDEO