Trampın sosial şəbəkə hesabları ilə bağlı YENİ QƏRAR

Trampın sosial şəbəkə hesabları ilə bağlı YENİ QƏRAR
Siyasət 46

"Meta" şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın feysbuk və instaqram hesablarını yaxın həftələrdə bərpa edəcək.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Axios" portalı məlumat dərc edib.

İki ildir deaktiv olan hesablar dərhal bərpa olunmayacaq. Platformalarda müəyyən yenilənmələr prosesi uzada bilər.

Xatırladaq ki, Trampın hesabları iki il müddətinə bloklanmışdı.

Son xəbərlər