Məşhur amerikalı qadın aparıcı vəfat etdi

ABŞ televiziyasının tanınmış teleaparıcı və jurnalisti Barbara Volters vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Bildirilir ki, Volters ABŞ-nin Nyu-York ştatında 93 yaşında dünyasını dəyişib.
O, karyerası ərzində Riçard Nikson və Barak Obama da daxil olmaqla 8 ABŞ prezidentindən müsahibə alıb.
Həmçinin aparıcı Rusiya prezidenti Vladimir Putindən müsahibə alan ilk amerikalı jurnalist olub.
Volters 10 il aparıcılıq etdiyi NBC-nin “Today” səhər xəbərləri ilə məşhurlaşıb və sonra 25 il ABC-nin “20/20” xəbər buraxılışına aparıcılıq edib. Karyerasının sonrakı illərində o, fəaliyyətinə görə “Emmi”nin televiziya üzrə mükafatını layiq görüldüyü “The View”da aparıcı olub.
Oxşar xəbərlər
Azərbaycan bayrağı Nyu-Yorkun məşhur küçəsində ucaldılıb - FOTO
18 oktyabr - Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə ölkəmizin bayrağı ABŞ-ın Nyu-York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlər...
