Messinin Qətərdə qaldığı otaq muzeyə çevriləcək - VİDEO

Qətərdə təşkil olunan Dünya Çempionatında Argentina millisinin futbolçuları Qətər Universitetinin kampusunda yerləşib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, komandanın ulduzu və kapitanı Lionel Messi kampusda 29 gün ərzində B201 nömrəli otaqda qalıb.
Məlumata görə, Qətər Universiteti Messinin qaldığı otağı mini muzeyə çevirmək qərarına gəlib.
Bu otaqda argentinalı futbolçuların eksklüziv fotoları və formaları da nümayiş etdiriləcək.
Qeyd edək ki, dekabrın 18-də Qətərdə DÇ-2022-nin Argentina və Fransa milliləri arasında baş tutan final matçının əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Oyunun əlavə vaxtında tərəflər hərəyə bir dəfə fərqlənib və matç penaltilər seriyasına qədər uzanıb.
Burada daha dəqiq olan (4:2) Argentina millisi tarixində 3-cü, Messi isə ilk dəfə dünya çempionu adını qazanıb.
Oxşar xəbərlər
Çılğın azarkeşlər Messiyə olan sevgilərini belə göstərdilər - VİDEO
Qətərdə təşkil olunan futbol üzrə Dünya Çempionatını qazanan Argentina millisinin azarkeşlərinin qələbə sevinci davam edir. BAKU.WS xəbər verir ki, bu dəfə çıl...
