SİZİN REKLAM BURADA!
055 213 76 73


Roma Papası Fransisk səhhətinin ciddi şəkildə pisləşəcəyi təqdirdə taxt-tacdan imtinası ilə bağlı sənəd imzalayıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə pontifik İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.

"Tibbi və ya başqa bir səbəbdən maneə yaranarsa, mənim imtinam budur", - pontifik deyib.

O, həmçinin 2013-cü ildə son bir neçə əsrdə taxtdan imtina edən ilk Papa olmuş XVI Benediktə tez-tez baş çəkdiyini vurğulayıb. Frensis 95 yaşlı Benedikti “müqəddəs” adlandırıb.

Qeyd edək ki, Fransiskin dekabrın 17-də 86 yaşı tamam olub.

BAKU.WS