Çexiya Ukrayna üçün sovet tipli sursatlar istehsal edəcək

04
dek
2022
23:45
Çexiya Ukraynanın ehtiyacları üçün bəzi sovet silah sistemləri üçün sursat istehsal etmək niyyətindədir.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bunu dekabrın 4-də Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.
“Çexiya müəyyən növ sursatlar istehsal etmək gücünə malikdir. Ona görə ki, bir sıra şirkətlər özəlləşdirilsə də bəzi istehsal xətləri olduğu kimi qalır”, - deyə nazir izah edib.
Bildirilib ki, Çexiyanın bu təklifi Ukraynada sursat ehtiyatlarının əhəmiyyətli dərəcədə tükənməsi və NATO ölkələrindən kifayət qədər sursat tədarükünün olmaması ilə bağlıdır.
Oxşar xəbərlər
Çexiya strateji obyektlərin mühafizəsini gücləndirib
Çexiya ordusu “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərindəki təxribatdan sonra strateji obyektlərin mühafizəsini gücləndirib. BAKU.WS "report" xəbər verir...
