SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur cütlük Şahzadə Harri ilə həyat yoldaşı Meqan Markl xeyriyyə məqsədilə təşkil ediləcək ziyafətdə iştirak edəcəklər. 

BAKU.WS xəbər verir ki, Markl və Harri ilə məclisi bölüşmək istəyənlər ən azı 500 000 dollarından (850 000 AZN) keçməli olacaqlar. Bu qiymətə Harri və Meqanla şəkil çəkdirmək də daxildir. 

Ziyafət zamanı 4 nəfərlik VIP masada əyləşmək istəyənlər isə 1 milyon dollar (1 700 000 AZN) ödəməli olacaqlar.

Məclisdə cütlüyə "İnsan haqları" mükafatı da veriləcək. Bu mükafat Sasseks hersoq və hersoginyasına xeyriyyəçilik fəaliyyətlərinə və insan hüquqları uğrunda mübarizəyə verdikləri töhfələrə görə təqdim olunacaq.

Mərasimdən əldə edilən gəlir xeyriyyə məqsədilə istifadə olunacaq.

Aparılan sorğular onu göstərib ki, varlı amerikalılar məşhur cütlüklə ziyafətdə iştirak etmək üçün böyük məbləğdə pulu ödəməyə hazırdır.

"Biz Britaniya kral ailəsi üzvlərini sevirik və bu biletləri almağa çalışacağıq" - deyə onlar bildiriblər.

Məclis dekabrın 6-da Nyu Yorkda təşkil ediləcək.

Xatırladaq ki, sözügedən "İnsan haqları" mükafatı Meqan və Harridən əvvəl ABŞ prezidenti Co Baydenə, o cümlədən Amerikanın sabiq prezidentləri Barak Obama və Bill Klintona təqdim edilib. 

BAKU.WS