SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniya Kral ailəsinin bir çox adət-ənənələrinə riayət etmədiyi üçün tənqidlərə məruz qalan Uels şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl növbəti gözlənilməz addım atıblar.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, cütlük Kral ailəsi üzvlüyündən çıxacaqlarını açıqlayıblar.

Onlar maliyyə baxımından müstəqil olmaq istədiklərini qeyd ediblər.

Cütlük bundan sonra da Kraliça II Elizabetə tam dəstək verməyə davam edəcəklərini də bildiriblər.

Harri və Markl aylarla etdikləri istişarədən sonra bu qərarı aldıqlarını, bundan sonra həyatlarını İngiltərə və Şimali Amerika arasında qurmağı planlaşdırdıqlarını deyiblər. Onlar xeyriyyə təşkilatı qurmaq istədiklərini də vurğulayıblar.

Qeyd edək ki, Şahzadə Harri taxta namizədlər içində Çarlz, Uilyam və Uilyamın 3 uşağından sonra 6-cı sırada idi.

BAKU.WS